top of page
Haqqımızda

Haqqımızda

Bizim tarixçəmiz

ŞƏFA MDM Azərbaycanda ilk özəl tibb mərkəzlərindən biri olaraq fəaliyyətinə 1996-cı ildə başlamışdır. Mərkəzin əsas məqsədi əhaliyə və tibb müəssisələrinə yüksək keyfiyyətli laborator, genetik və diaqnostik xidmətlər təqdim etməkdir.

ŞƏFA MDM müasir laboratoriya kompleksi, molekulyar genetika laboratoriyası və peşəkar həkim komandası ilə geniş spektrli tibbi xidmətlər göstərir. Mərkəzdə klinik, biokimyəvi, immunoloji, mikrobioloji, PCR, molekulyar-genetik və digər laborator analizlər həyata keçirilir.

Genetik laboratoriyamızda irsi xəstəliklərin diaqnostikası, DNT testləri, NIPT (qeyri-invaziv prenatal test), prenatal və reproduktiv genetika, daşıyıcılıq skrininqi, farmakogenetik analizlər və digər müasir genetik müayinələr aparılır.

ŞƏFA MDM-in həkimləri və laboratoriya mütəxəssisləri beynəlxalq standartlara uyğun fəaliyyət göstərir, diaqnostika və müalicə prosesində ən son texnologiyalardan istifadə edirlər. Sertifikatlaşdırılmış yeni nəsil avadanlıqlar və uzunillik təcrübə sayəsində laboratoriyamız qısa müddət ərzində geniş spektrli dəqiq və etibarlı nəticələr təqdim edir.

 

Bu gün ŞƏFA MDM laborator analizlər, genetik diaqnostika, reproduktiv sağlamlıq, infeksiya panelləri, prenatal müayinələr və digər tibbi xidmətlər sahəsində Azərbaycanın aparıcı diaqnostika mərkəzlərindən biri hesab olunur.

Əlaqə üçün

Max. 300 simvol

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page