top of page
Kod:

810

Xidmət:
Narkotest 6 göstərici
Material:
Qiymət:

sidik

30

AZN

Təsviri:

Narkotest – 6 göstərici analizi sidikdə ən çox rast gəlinən narkotik və psixotrop maddələrin metabolitlərinin skrininqi üçün istifadə olunur. Test qısa müddət ərzində narkotik maddələrin istifadəsini aşkar etməyə imkan verir və ilkin skrininq müayinəsi kimi tətbiq edilir. Müsbət nəticələr zərurət olduqda daha dəqiq təsdiqləyici üsullarla (GC-MS və ya LC-MS/MS) yoxlanılmalıdır.

Panelə daxildir:

  • MARİXUANA (THC)

  • METAMFETAMİN (MET)

  • TRAMADOL (TML)

  • COCAİN (COC)

  • METADON (MTD)

  • MORFİN (MOP)

Analizin göstərişləri:

  • Narkotik maddə istifadəsi şübhəsi

  • Profilaktik tibbi müayinələr

  • İşə qəbul və dövri tibbi müayinələr

  • Məhkəmə-tibbi ekspertiza

  • Narkotik asılılığının diaqnostikası və monitorinqi

  • Reabilitasiya proqramlarının izlənməsi

  • Təcili tibbi yardım zamanı toksikoloji qiymətləndirmə

Verilmə qaydaları:

  • Analiz üçün  sidik nümunəsi götürülür.

  • Sidik steril və təmiz konteynerə toplanmalıdır.

  • Xüsusi aclıq və ya pəhriz tələb olunmur.

  • Analizdən əvvəl qəbul edilən bütün dərmanlar (xüsusilə ağrıkəsicilər, sakitləşdiricilər, psixotrop preparatlar və öskürək əleyhinə dərmanlar) barədə həkimə və laboratoriyaya məlumat verilməlidir, çünki bəzi preparatlar yalnış müsbət nəticəyə səbəb ola bilər.

  • Nümunə toplandıqdan sonra mümkün qədər qısa müddətdə laboratoriyaya çatdırılmalıdır.

  • Müsbət skrininq nəticələri zərurət olduqda təsdiqləyici laborator üsullarla yoxlanılmalıdır.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page