top of page
Kod:

80

Xidmət:
Kreatinin
Material:
Qiymət:

qan

11

AZN

Təsviri:

Kreatinin əzələlərdə kreatin fosfatın parçalanması nəticəsində əmələ gələn maddədir və əsasən böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. Qanda kreatinin səviyyəsinin təyini böyrəklərin filtrasiya qabiliyyətini (glomerulyar filtrasiya sürəti – GFS) qiymətləndirmək üçün istifadə olunan əsas laborator göstəricilərdən biridir. Analiz kəskin və xroniki böyrək xəstəliklərinin diaqnostikası, monitorinqi və müalicəsinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Analizin göstərişləri:

  • Böyrək funksiyasının qiymətləndirilməsi

  • Kəskin və xroniki böyrək xəstəliklərinin diaqnostikası

  • Qlomerulyar filtrasiya sürətinin (GFS) hesablanması

  • Arterial hipertenziya və şəkərli diabet zamanı böyrək funksiyasının monitorinqi

  • Nefrotoksik dərmanlarla müalicənin izlənməsi

  • Böyrək çatışmazlığı şübhəsi

  • Profilaktik tibbi müayinələr

Verilmə qaydaları:

  • Analiz səhər saatlarında, 8–12 saat acqarına verilməsi tövsiyə olunur.

  • Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, intensiv idman və spirtli içkilərdən uzaq durmaq məsləhətdir.

  • Analizdən əvvəl çox miqdarda ət və yüksək zülallı qidaların qəbulundan çəkinmək tövsiyə olunur.

  • Kreatin əlavələri və böyrək funksiyasına təsir edə bilən dərmanlar qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.

  • Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page