Kod:
77
Xidmət:
Revmatoid faktor (RF)
Material:
Qiymət:
qan
11
AZN
Təsviri:
Revmatoid faktor (RF) immun sisteminin öz toxumalarına qarşı yaratdığı autoanticisimdir (ən çox IgM sinfinə aid olub IgG-nin Fc fraqmentinə qarşı yönəlir). RF analizi əsasən revmatoid artritin (RA) diaqnostikasında və monitorinqində istifadə olunur. Bununla yanaşı, RF digər autoimmun xəstəliklərdə, bəzi xroniki infeksiyalarda və yaşlı sağlam insanlarda da müsbət ola bilər. Buna görə də RF nəticəsi təkbaşına diaqnoz qoymaq üçün kifayət etmir və digər klinik-laborator göstəricilərlə birlikdə qiymətləndirilməlidir.
Analizin göstərişləri:
Revmatoid artrit şübhəsi
Oynaqlarda ağrı, şişkinlik və səhər sərtliyi
Digər autoimmun xəstəliklərin diaqnostikası
Revmatoid artritin aktivliyinin və gedişatının qiymətləndirilməsi
Müalicənin effektivliyinin monitorinqi
Səbəbi bilinməyən oynaq və əzələ ağrılarının araşdırılması
Revmatoloji xəstəliklərin kompleks diaqnostikası
Verilmə qaydaları:
Analiz üçün venoz qan nümunəsi götürülür.
Analiz səhər saatlarında, 8–12 saat acqarına verilməsi tövsiyə olunur.
Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq məsləhətdir.
İmmunosupressiv preparatlar, kortikosteroidlər və digər dərmanlar qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.
Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.
Analizin nəticələri Anti-CCP (tsiklik sitrullinləşmiş peptidə qarşı anticisimlər), CRP, EÇS, qanın ümumi analizi və digər klinik-laborator göstəricilərlə birlikdə qiymətləndirilməlidir.