Kod:
638
Xidmət:
Antimitoxondrial M2 anticismlər (AMA-M2)
Material:
Qiymət:
qan
30
AZN
Təsviri:
Antimitoxondrial M2 anticismlər (AMA-M2) mitoxondrilərin daxili membranında yerləşən zülallara qarşı yaranan autoanticisimlərdir. Bu anticisimlər əsasən Birincili biliar xolangit (əvvəlki adı ilə birincili biliar sirroz) üçün yüksək spesifik laborator göstəricidir. AMA-M2 analizindən autoimmun qaraciyər xəstəliklərinin diaqnostikasında, xüsusilə xolestazın səbəbinin müəyyən edilməsində istifadə olunur.
Analizin göstərişləri:
Birincili biliar xolangit (PBC) şübhəsi
Qaraciyər fermentlərinin, xüsusilə qələvi fosfatazanın (ALP) və GGT-nin yüksəlməsi
Xolestazın səbəbinin araşdırılması
Autoimmun qaraciyər xəstəliklərinin differensial diaqnostikası
Xroniki qaşınma və ya səbəbi bilinməyən yorğunluğun qiymətləndirilməsi
Digər autoimmun xəstəlikləri olan pasiyentlərdə qaraciyər zədələnməsinin araşdırılması
Müalicənin və xəstəliyin gedişatının izlənməsi
Verilmə qaydaları:
Analiz günün istənilən vaxtında verilə bilər, xüsusi aclıq tələb olunmur.
Analizdən əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq tövsiyə olunur.
Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək məsləhətdir.
İmmunosupressiv və digər dərmanlar nəticələrə təsir göstərə biləcəyindən, onların qəbulu barədə həkimə məlumat verilməlidir.
Analizin nəticələri klinik əlamətlər və digər laborator göstəricilər ilə birlikdə qiymətləndirilməlidir.