Kod:
535R
Xidmət:
Listeria monocytogenes
Material:
Qiymət:
abort materialı
25
AZN
Təsviri:
Listeria monocytogenes – abort materialı analizi abort materialında (döl toxuması, plasenta və ya digər hamiləlik m əhsulları) Listeria monocytogenes bakteriyasının molekulyar (Real-Time PCR) üsulu ilə aşkarlanması üçün aparılır. Analiz spontan abortun və ya dölün bətndaxili infeksiyasının səbəblərinin araşdırılmasında mühüm əhəmiyyət daşıyır. Listeria monocytogenes hamiləlik dövründə dölün infeksiyalaşmasına, spontan aborta, vaxtından əvvəl doğuşa və ölü doğuşa səbəb ola bilən bakteriyadır.
Analizin göstərişləri:
Spontan abortun səbəbinin araşdırılması
Təkrarlayan hamiləlik itkiləri
Hamiləlik zamanı listerioz infeksiyası şübhəsi
Dölün və ya plasentanın infeksiyası şübhəsi
Vaxtından əvvəl doğuşun infeksion səbəblərinin araşdırılması
TORCH və digər perinatal infeksiyaların kompleks diaqnostikası
Sonrakı hamiləliklərin planlaşdırılması zamanı etioloji diaqnostika
Verilmə qaydaları:
Analiz üçün abort materialı (plasenta, döl toxuması və ya digər uyğun biomaterial) steril şəraitdə götürülməlidir.
Biomaterial mümkün qədər qısa müddətdə laboratoriyaya çatdırılmalıdır.
Nümunə laboratoriyanın tələblərinə uyğun xüsusi transport mühitində daşınmalıdır.
Antibiotik preparatlar qəbul edilirsə və ya yaxın zamanda qəbul edilibsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.
Analizin nəticələri histopatoloji müayinə, mikrobioloji və digər molekulyar analizlərin nəticələri, həmçinin klinik məlumatlarla birlikdə qiymətləndirilməlidir.