Kod:
491
Xidmət:
Bakterioloji analizi və antibiotikə həssaslığın təyini
Material:
Qiymət:
biomaterial
48
AZN
Təsviri:
Bakterioloji analiz (əkilmə) bioloji nümunədə (qan, sidik, yaxma, bəlğəm, yara ifrazatı və s.) bakteriyaların aşkar edilməsi və identifikasiyası üçün aparılan laborator müayinədir. Bakteriya aşkar edildikdən sonra ona qarşı təsirli olan antibiotiklərin müəyyən edilməsi məqsədilə antibiotiklərə həssaslıq testi (antibiotikogramma) aparılır. Bu analiz infeksiyanın törədicisinin dəqiq müəyyən edilməsinə və ən uyğun antibiotik müalicəsinin seçilməsinə kömək edir.
Analizin göstərişləri:
Bakterial infeksiya şübhəsi
Sidik yolları infeksiyaları
Tənəffüs yolları infeksiyaları
Yara və irinli proseslər
Boğaz, burun, qulaq və genital infeksiyalar
Uzunmüddətli və ya təkrarlayan infeksiyalar
Antibiotik müalicəsinin seçilməsi və ya dəyişdirilməsi
Aparılan müalicənin effektivliyinin qiymətləndirilməsi
Verilmə qaydaları:
Nümunə analiz növünə uyğun olaraq (sidik, qan, yaxma, bəlğəm, yara ifrazatı və s.) steril şəraitdə götürülməlidir.
Mümkün olduqda nümunə antibiotik müalicəsinə başlamazdan əvvəl götürülməlidir.
Antibiotik qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya mütləq məlumat verilməlidir.
Sidik nümunəsi veriləcəyi halda səhər ilk orta porsiya sidiyi steril qaba toplanmalıdır.
Yaxma nümunəsi veriləcəyi halda analizdən əvvəl istifadə olunacaq nahiyəyə uyğun gigiyenik və hazırlıq qaydalarına riayət edilməlidir.
Nümunə götürüldükdən sonra mümkün qədər qısa müddətdə laboratoriyaya çatdırılmalıdır.