top of page
Kod:

47

Xidmət:
Prostat spesifik antigeni sərbəst (PSA free)
Material:
Qiymət:

qan

27

AZN

Təsviri:

Sərbəst prostat spesifik antigen (PSA Free) qanda zülallarla birləşməmiş, sərbəst formada olan PSA-nın miqdarını müəyyən edir. Bu analiz adətən ümumi PSA (PSA Total) ilə birlikdə təyin olunur və prostat xərçəngi ilə xoşxassəli prostat hiperplaziyasının (BPH) differensial diaqnostikasında mühüm əhəmiyyət daşıyır. Sərbəst PSA-nın ümumi PSA-ya nisbəti (%fPSA) prostat biopsiyasına ehtiyacın qiymətləndirilməsində də istifadə olunur.

Analizin göstərişləri:

  • Ümumi PSA-nın sərhəd göstəriciləri (adətən 4–10 ng/mL)

  • Prostat xərçəngi şübhəsi

  • Xoşxassəli prostat hiperplaziyasının (BPH) qiymətləndirilməsi

  • Prostat xəstəliklərinin differensial diaqnostikası

  • Prostat biopsiyasına ehtiyacın qiymətləndirilməsi

  • Prostat xərçənginin monitorinqi (həkimin göstərişi ilə)

  • Uroloqun göstərişi əsasında əlavə müayinə

Verilmə qaydaları:

  • Analiz üçün venoz qan nümunəsi götürülür.

  • Analiz səhər saatlarında, 8–12 saat acqarına verilməsi tövsiyə olunur.

  • Analizdən 48 saat əvvəl cinsi əlaqədən və eyakulyasiyadan çəkinmək məsləhətdir.

  • Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, xüsusilə velosiped sürmək, motosiklet və at sürmək kimi prostat nahiyəsinə təzyiq göstərən fəaliyyətlərdən uzaq durmaq tövsiyə olunur.

  • Prostat masajı, sistoskopiya, kateterizasiya, transrektal ultrasəs (TRUS), prostat biopsiyası və ya digər uroloji manipulyasiyalardan sonra analiz yalnız həkimin tövsiyə etdiyi müddət keçdikdən sonra verilməlidir.

  • PSA səviyyəsinə təsir edən dərmanlar (məsələn, finasterid, dutasterid və digər preparatlar) qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.

  • Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.

  • Analizin nəticələri ümumi PSA (PSA Total), %fPSA, barmaqla rektal müayinə (DRE), prostatın görüntüləmə müayinələri (TRUS, MRT) və digər klinik göstəricilərlə birlikdə qiymətləndirilməlidir.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page