top of page
Kod:

3

Xidmət:
Triyodtironin (T3)
Material:
Qiymət:

qan

19

AZN

Təsviri:

Triyodtironin (T3) qalxanabənzər vəzi tərəfindən sintez olunan əsas hormonlardan biridir. T3 orqanizmdə maddələr mübadiləsini, enerji sərfiyyatını, bədən temperaturunu, ürək-damar və sinir sisteminin fəaliyyətini tənzimləyir. Qanda T3-ün böyük hissəsi zülallarla birləşmiş vəziyyətdə olur, yalnız kiçik hissəsi sərbəst şəkildə dövr edir.

Ümumi T3 həm zülallara bağlı, həm də sərbəst T3-ün ümumi miqdarını göstərir. O, əsasən hipertireozun diaqnostikasında və qalxanabənzər vəzi funksiyasının kompleks qiymətləndirilməsində istifadə olunur. Zülal səviyyəsindəki dəyişikliklər ümumi T3 nəticəsinə təsir göstərə biləcəyindən, bir çox hallarda Sərbəst T3 (FT3) daha informativ hesab olunur.

Analizin göstərişləri:

  • Hipertireoz şübhəsi

  • Hipotireozun kompleks qiymətləndirilməsi

  • Qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikası

  • Qalxanabənzər vəzi hormon müalicəsinin monitorinqi

  • Qreyvs (Basedov) xəstəliyinin qiymətləndirilməsi

  • Qalxanabənzər vəzi düyünləri və zobun qiymətləndirilməsi

  • Endokrinoloqun göstərişi ilə hormonal müayinə

Verilmə qaydaları:

  • Analiz üçün venoz qan nümunəsi götürülür.

  • Analiz səhər saatlarında verilməsi tövsiyə olunur. Xüsusi aclıq tələb olunmur, lakin digər analizlərlə birlikdə aparıldıqda 8–12 saat acqarına olmaq məsləhətdir.

  • Qalxanabənzər vəzi hormonları (levotiroksin, liotironin və s.) qəbul edilirsə, qan nümunəsi adətən səhər dərman qəbul edilməzdən əvvəl götürülməlidir (həkim fərqli göstəriş verməyibsə).

  • Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq tövsiyə olunur.

  • Biotin (Vitamin B7) tərkibli qida əlavələri qəbul edilirsə, analizdən ən azı 48 saat əvvəl dayandırılması barədə həkimlə məsləhətləşmək və bu barədə laboratoriyanı məlumatlandırmaq tövsiyə olunur.

  • Estrogenlər, oral kontraseptivlər və digər preparatlar qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir, çünki onlar ümumi T3 səviyyəsinə təsir göstərə bilər.

  • Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.

  • Analizin nəticələri TSH, Sərbəst T3 (FT3), Sərbəst T4 (FT4), Anti-TPO, Anti-Tg və qalxanabənzər vəzi USM nəticələri ilə birlikdə qiymətləndirilməlidir.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page