Kod:
273
Xidmət:
Antifosfolipid anticismləri IgM
Material:
Qiymət:
qan
30
AZN
Təsviri:
Antifosfolipid anticismləri IgM orqanizmin öz fosfolipidlərinə və ya fosfolipidlərlə əlaqəli zülallara qarşı yaratdığı autoanticisimlərdir. Bu anticisimlər antifosfolipid sindromunun (AFS) diaqnostikasında istifadə olunan əsas laborator göstəricilərd ən biridir. Antifosfolipid sindromu arterial və venoz trombozlar, hamiləliyin təkrarlanan itirilməsi və digər mamalıq ağırlaşmaları ilə xarakterizə olunan autoimmun xəstəlikdir. IgM sinfinə aid antifosfolipid anticisimlərinin təyini diaqnostika və xəstəliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Analizin göstərişləri:
Antifosfolipid sindromu (AFS) şübhəsi
Arterial və ya venoz trombozların səbəbinin araşdırılması
Təkrarlanan spontan düşüklər və ya hamiləlik itkiləri
Səbəbi bilinməyən dölün bətndaxili ölümü
Erkən preeklampsiya və ya plasentar çatışmazlıq
Sistem qırmızı qurdeşənəyi (SLE) və digər autoimmun xəstəliklərin qiymətləndirilməsi
AFS diaqnozunun təsdiqi və monitorinqi
Verilmə qaydaları:
Analiz günün istənilən vaxtında verilə bilər, xüsusi aclıq tələb olunmur.
Analizdən əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq tövsiyə olunur.
Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək məsləhətdir.
İmmunosupressiv və digər dərmanlar nəticələrə təsir göstərə biləcəyindən, onların qəbulu barədə həkimə məlumat verilməlidir.
Diaqnozun təsdiqi üçün müsbət nəticə əldə edildikdə analiz adətən ən azı 12 həftə sonra təkrar aparılır.