top of page
Kod:

158

Xidmət:
Adrenalin
Material:
Qiymət:

sutkalıq sidik

60

AZN

Təsviri:

Adrenalin (epinefrin) böyrəküstü vəzilərin beyin maddəsində sintez olunan hormondur və eyni zamanda neyromediator kimi fəaliyyət göstərir. O, orqanizmin stress, qorxu və ya təhlükə vəziyyətinə ("döyüş və ya qaç" reaksiyası) cavab verməsini təmin edir. Adrenalin ürək döyüntüsünü və arterial təzyiqi artırır, tənəffüs yollarını genişləndirir, qanda qlükoza səviyyəsini yüksəldir və əzələlərə qan axınını artırır.

Analizin göstərişləri:

  • Feoxromositoma və ya paraganglioma şübhəsi

  • Səbəbi bilinməyən yüksək arterial təzyiq

  • Təkrarlanan hipertenziv tutmalar

  • Ürəkdöyünmə (taxikardiya) və ritm pozğunluqları

  • Güclü tərləmə və titrəmə tutmaları

  • Səbəbi bilinməyən baş ağrıları

  • Panik tutmaların differensial diaqnostikası

  • Böyrəküstü vəzi xəstəliklərinin qiymətləndirilməsi

  • Müalicənin effektivliyinin izlənməsi

Verilmə qaydaları:

  • Analiz səhər saatlarında, acqarına verilməsi tövsiyə olunur.

  • Analizdən 24 saat əvvəl kofeinli içkilər (qəhvə, çay, enerji içkiləri), spirtli içkilər, banan, şokolad, vanil tərkibli qidalar və sitrus meyvələrinin qəbulundan çəkinmək lazımdır.

  • Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət və emosional stressdən uzaq olmaq tövsiyə edilir.

  • Siqaret çəkilməməlidir (ən azı 3–4 saat əvvəl, mümkün olduqda 24 saat əvvəl dayandırılması məsləhətdir).

  • Bəzi dərmanlar (antidepressantlar, beta-blokatorlar, simpatomimetik preparatlar və s.) nəticələrə təsir göstərə bilər. Onların qəbulu barədə həkimə məlumat verilməlidir.

  • Qan götürülməzdən əvvəl 20–30 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page