top of page
Kod:

148

Xidmət:
Testosteron sərbəst
Material:
Qiymət:

qan

25

AZN

Təsviri:

Sərbəst testosteron qanda zülallarla (əsasən SHBG və albuminlə) birləşməmiş, bioloji cəhətdən aktiv testosteron fraksiyasıdır. O, toxumalara sərbəst daxil olaraq androgen təsirlərini həyata keçirir. Sərbəst testosteron analizi xüsusilə ümumi testosteronun nəticələrinin sərhəd göstəricilərdə olduğu hallardaSHBG səviyyəsinin dəyişdiyi vəziyyətlərdə daha informativ hesab olunur. Analiz kişi və qadınlarda androgen statusunun qiymətləndirilməsi üçün istifadə edilir.

Analizin göstərişləri:

  • Kişilərdə hipoqonadizm şübhəsi

  • Libido azalması və erektil disfunksiya

  • Sonsuzluğun səbəblərinin araşdırılması

  • Kişilərdə gecikmiş və ya erkən cinsi yetişkənlik

  • Qadınlarda hirsutizm (tüklənmənin artması), akne və androgen tipli saç tökülməsi

  • Polikistik yumurtalıq sindromunun (PKOS) diaqnostikası

  • Hormonal müalicənin monitorinqi

Verilmə qaydaları:

  • Analiz üçün venoz qan nümunəsi götürülür.

  • Analiz səhər saatlarında (07:00–10:00) verilməsi tövsiyə olunur, çünki testosteronun səviyyəsi gün ərzində dəyişir.

  • 8–12 saat acqarına olmaq məsləhətdir.

  • Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq tövsiyə olunur.

  • Hormonal preparatlar, anabolik steroidlər və testosteron səviyyəsinə təsir edə bilən digər dərmanlar qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.

  • Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.

  • Qadınlarda analiz adətən menstrual siklin 2–5-ci günlərində verilir (həkim fərqli göstəriş verməyibsə).

  • Analizin nəticələri ümumi testosteron, SHBG, sərbəst testosteron indeksi (FAI), LH, FSH, DHEA-S və digər hormonal göstəricilərlə birlikdə qiymətləndirilməlidir.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi © 1996

bottom of page