Kod:
12
Xidmət:
Estradiol (E2)
Material:
Qiymət:
qan
22
AZN
Təsviri:
Estradiol (E2) qadınlarda əsas estrogen hormonudur və əsasən yumurtalıqlarda, az miqdarda isə böyrəküstü vəzilərdə və hamiləlik zamanı plasentada sintez olunur. Kişilərdə də az miqdarda istehsal edilir. Estradiol reproduktiv sistemin fəaliyyəti, menstrual dövrün tənzimlənməsi, yumurtalıqların funksiyası, sümük sağlamlığı və ikincili cinsi əlamətlərin inkişafı üçün mühüm rol oynayır. Analiz hormonal pozğunluqların, sonsuzluğun və reproduktiv sistem xəstəliklərinin diaqnostikasında istifadə olunur.
Analizin göstərişləri:
Menstrual dövr pozğunluqları
Sonsuzluğun səbəblərinin araşdırılması
Ovulyasiyanın qiymətləndirilməsi
Polikistik yumurtalıq sindromunun (PKYS) diaqnostikası
Erkən və ya gecikmiş cinsi yetişkənliyin qiymətləndirilməsi
Menopauzanın qiymətləndirilməsi
Hormonal müalicənin və ovulyasiya stimulyasiyasının monitorinqi
Yumurtalıq funksiyasının qiymətləndirilməsi
Verilmə qaydaları:
Analiz səhər saatlarında, 8–12 saat acqarına verilməsi tövsiyə olunur.
Analizdən 24 saat əvvəl ağır fiziki fəaliyyət, emosional stress və spirtli içkilərdən uzaq durmaq məsləhətdir.
Qadınlarda analiz adətən menstrual dövrün 2–5-ci günlərində verilir (həkim fərqli göstəriş verməyibsə).
Hormonal preparatlar və oral kontraseptivlər qəbul edilirsə, bu barədə həkimə və laboratoriyaya məlumat verilməlidir.
Qan götürülməzdən əvvəl 10–15 dəqiqə sakit vəziyyətdə istirahət etmək tövsiyə olunur.