Yaponiyanın Sysmex şirkətinin istehsalı olan CA-560 avtomatik koaqulometri

CA-560 avtomatik koaqulometri

Laxtanın qeydiyyatı üçün 4 kanal;
Tədqiqatların nəticələrinin müntəzəmliyi əlavə tədqiqatlar etməyə imkan yaradır:antitrombin-III;d-dimerlər, aşağımolekulyarlı heparinin monitorinqi.
CA-560 koaqulometri tam avtomatlaşdırılmış şəkildə analizlərin yüksək məhsuldarlığını və keyfiyyətini təmin edir.Analizatorda 1 saat ərzində 50 müxtəlif test aparamaq mümkündür.
Analizator 3(üç) ölçü prinsipli üsul ilə işləyir:

  • Klattinq testlər ( PT,APTT,Fbg,TT,faktor və b. )
  • Xromogen testlər ( AT-III,PLG,2AP,PC,PS və b. )
  • İmmunoloji testlər ( D-Dimer,FM,vW:Ag və b. )

Koaqulometr eyni vaxtda ixtiyari qaydada 5 seçilmış parametr üzrə kalibrasiya əyrilərinin avtomatik düzlənməsinə və sınaq tədqiqatlarının aparılmasına imkan yaradır.Analizator INR(MHO) hesablanması da daxil olmaqla nəticələrin bütün formatlarını dəstəkləyir.
10 nümunənin avtomatik ötürülməsi üçün işçi hissə; iş vaxtı yeni funksiyanın yüklənməsi imkanı;təcili nümunələr üçün əlavə 5 mövqe mövcuddur.
Analizator iş masasının 1/3 hissəsini tutur,kompakt ölçülərə və erqonomik müasir dizayna malikdir,daxili termoprinter və müasir işıqlanma sistemli "TAC-SCRİN"-lə təchiz olunmuşdur.
Müasir hissetmə qabiliyyətli interfeys analizatorun işini asanlaşdırmaqla yanaşı maraqlı və effektiv edir.Analizatorla iş elə optimallaşdırılıb ki,nümunəni daxil edilməsi və nəticələrin alınması arasında olan müddət maksimal dərəcədə qısa olsun.
Analizlərin keyfiyyətinə nəzarət edən 14 fayl laboratoriyaların tələblərini tam təmin edir.Analizatorda Levy-Jennings qrafiklərinə əsaslanan standart üsullardan savayı nəticələrin keyfiyyətinə nəzarət edən Vestqard beynəlxalq qaydalarına əsaslanan müasir üsullar tətbiq olunmuşdur.
Multihəlletmə üçün tam avtomatlaşdırılmış protokol. Faktorların ölçülməsində istifadə olunan nümunə və kalibratorların parelel düzlərinin avtomatik nəzarətinə əsaslanan xüsusi rejim nəticələrin dəqiq alınmasına və işin rahatlığına tam təminat verir.
Bütün testlər operator tərəfindən proqramlaşdırılır, bu da analizatorun açıqlığı və qıvraqlığını göstərir və müasir laboratoriyaların tələblərinə tam uyğun sayılır.Analizator nəinki xüsusi ştrix kodlanmış sınaq şüşələri, həmçinin adi sınaq şüşələri ilə də işləyə bilir.Bununla yanaşı xarici komyuter şəbəkəsi vasitəsi ilə məlumatları ötürə və qəbul edər bilir.


Testlər menyusu

№451 Fibrinogen(Factor I) .                                            №99 Antitrombin III(At III) .

№452 Fibrillation time .                                                  №462 Factor II .

№453 Qanaxma müddəti .                                              №463 Factor V .

№454Hematokrit.                                                           №464 Factor VII .

№455 Protrombin vaxtı.                                                  №465 Factor VIII .

№456 Trombin vaxtı (TT) .                                              №466 Factor IX .

№457 Trombositlərin miqdarı .                                         №467 Factor X .

№458 APTV .                                                                  №468 Factor XI .

№459 Fibrim monomer complex(SFMC) .                          №469 Factor XII .

№460 TAT.


ətraflı məlumat laborator testlərdə...